Xəzər rayonunda gənc oğlan naməlum səbəbdən ölüb. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Binə qəsəbəsində baş verib. 22 yaşlı Fuad Dadaşov ölmüş vəziyyətə Sabunçu Tibb Mərkəzinə gətirilib. Mərhumun anasının sözlərinə görə, o, qızdırmaya qarşı dərman qəbul etmişdi.
Faktla bağlı araşdırmaya başlanılıb. F.Dadaşov Binə qəsəbəsində bərbər kimi fəaliyyət göstərirdi.