Bakının Binəqədi rayonu, Azadlıq prospektində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
60 yaşlı İlyas Paşayev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə piyada, 55 yaşlı Aygün Həsənovanı vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.