Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakinini hədələyərək, ondan oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
A.Sultanov Binə qəsəbə sakini Ə.Əlizadəyə hədə-qorxu gələrək qızıl-zinət əşyalarını götürməkdə şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam edir.