Bakının Xəzər rayonu, Binə qəsəbəsində oğurluq hadisəsi olub. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, ərazidə yerləşən bir evin həyətindən 10.000 manat dəyərində avadanlıq oğurlanıb.
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Quliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.