Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində evdən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 26 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binə qəsəbə sakini Azər Rəhimov eyniadlı qəsəbədə yerləşən evlərin birindən 3000 AZN dəyirində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.