Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində azyaşlı uşağı avtomobil vuraraq öldürüb. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
42 yaşlı Elsevər Dədəcanov “Volkswagen” markalı avtomobillə adıçəkilən qəsəbədə yerləşən 334 saylı məktəbin yaxınlığında yolu keçən 7 yaşlı İbrahim Məmmədovu vurub. Azyaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işinə başlanılıb.