Bakının Xəzər rayonu, Binə qəsəbəsində vətəndaşda odlu silah və narkotik aşkarlanıb. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş 30 yaşlı Mehdi Rzayev üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Onun üzərində “Makarov” markalı tapança, patron darağı, 8 ədəd patron və 1 kiloqrama yaxın metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
[caption id="attachment_134733" align="alignnone" width="640"]
Foto DİN[/caption]