Bakının Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən marketdən oğurluq edilib. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, marketin seyfindən 732 manat pul talanıb.
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 26 yaşlı Pünhan Qəhrəmanov saxlanılıb. Fakt araşdırılır.