Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Binə qəsəbəsi, “Südçülük sovxozu” adlanan ərazidə 59 yaşlı Rafiq Teymurovu onun qardaşı oğlu bıçaqlayıb. Hadisə onların arasında yaranan mübahisə zamanı baş verib. Nəticədə R.Teymurov döş qəfəsindən yaralanaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.