Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yük avtomobillərindən oğurluq edən dəstə peyda olub. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sumqayıt şəhər sakini Loğman Dadaşzadə və Bakı şəhər sakini İlkin Əzizov adıçəkilən qəsəbədə dayanan “Ford”, “Zil” və “KamAZ” markalı avtomobillərdən 2 ədəd akkumulyator və yanacaq oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmaya başlanılıb.