Paytaxtın Suraxanı rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əlikram Şıxəliyev Binə qəsəbəsində yerləşən 3 evdən pul və zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.