Bakının Qaradağ rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə “Binə” ticarət mərkəzində qeydə alınıb. Kişi geyimləri mağazası işlədən 46 yaşlı İ. Məmmədov ticarət mərkəzindəki anbarda özünü asıb. İntiharın səbəbi məlum deyil.
Hazırda faktla bağlı araşdırma aparılır.