Yeni il axşamı Bulvar ərazisində oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Y.Gəncəliyev, R.Kərimov və Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş R.Nəsibov Bulvar ərazisində Abşeron rayon sakini A.Həsənovanın cibindən mobil telefonu, Bakı şəhər sakini N.Nağıyevin isə içərisində 478 AZN olan pulqabısını oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmalar davam edir.