Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəniz küçəsində elektrik dirəyi təhlükə saçır. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az xəbər verir.
Avtomobil və piyadaların hərəkət etdiyi yerdə, yaşayış binalarının arasında yerləşən dirək, demək olar ki, elektrik xətlərindən sallaq vəziyyətdə qalıb. Həmçinin yaxınlıqdan qaz borusu da keçir.
Sakinlər yaranan təhlükədən narahatdırlar.