Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə batan olub. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Xilasetmə məntəqəsindən 2 km aralıda 2 nəfər dənizdə batıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Küləkli hava şəraitinin olmasına baxmayaraq, həmin şəxslərin axtarışları hazırda davam edir.
Əlavə məlumat veriləcək.