Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində iki telefon və pul oğurlanıb. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyində (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, vətəndaşların birindən üzlüyündə 850 manat pulu olan 3900 manat dəyərində 2 mobil telefonu oğurlanıb.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini İ.Hüseynov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.