Bakıda evi qarət edən iki nəfər saxlanılıb. Bu haqda 13 iyun tarixində Report məlumat verib.
Xəzər rayonu, Buzovna qəsəbəsində iyunun 10-da evlərin birindən 5000 manat pul oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Məzahirli və K.Nağıyev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.