Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birinin həyətində kişi meyiti tapılıb. Bu haqda bu gün, 19 may tarixində Lent.az məlumat verib.
Araşdırma zamanı mərhumun şəxsiyyəti müəyyən edilib. Onun 39 yaşlı qəsəbə sakini Əflan Aslanov olduğu məlum olub.
Ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Faktla bağlı araşdırma aparılır.