Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində avtomobil qaçırılıb. Bu haqda bü gün, 26 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, fevralın 24-də gecə saatlarında “Opel” markalı avtomobil qaçırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən yeniyetmə Nəsimi rayonu ərazisində avtomobillə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.