Xəzər rayonunda Bakı sakini döyülüb. Bu haqda 16 aprel tarixində Report məlumat verib.
Buzovna qəsəbəsi ərazisində 3 nəfər qəsəbə sakini R.Süleymanovu döyüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Muradov, Hafiz Mustafayev və Lerik rayon sakini Mahir Əhmədov saxlanılıblar. Onlar Süleymanovu döyərək 500 manat pulunu əlindən alıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin “Quldurluq” maddəsi ilə cinayət işi başlanılıb.