Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az xəbər verir.
“Qazel” markalı nəqliyyat vasitəsi “Buzovna park”ın qarşısında hərəkətdə olan zaman idarəetmədən çıxıb və dəmir arakəsməyə çarpılıb. Nəticədə yük avtomobili aşıb.
Ərazidə sıxlıq yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.