Xəzər rayonunda azyaşlı uşağı avtomobil vurub. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Buzovna qəsəbəsində baş verib. 7 yaşlı Arzu Əliyeva avtomobil yolunu keçən zaman onu maşın vurub. Nəticədə balaca qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.