Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə Buzovna qəsəbəsində qeydə alınıb. 47 yaşlı R.Dadaşov yaşadığı evdə sirkə turşusu içərək həyatına qəsd edib.
Onun son günlər depressiv vəziyyətdə olduğu və keçirdiyi psixoloji gərginlik səbəbi ilə intihar etdiyi bildirilir.
Hazırda araşdırma aparılır.