Paytaxt ərazisinə narkotik gətirən şəxs tutulub. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Vüqar Bayramov Cəlilabad rayonundan Bakıya 4 kq heroin gətirən zaman Nəsimi rayonu ərazisində tutulub. O, narkotikləri 26.000 manata satmaq niyyətində olduğunu bildirib.
Hazırda onun daxil olduğu narkoşəbəkə barədə araşdırma başlayıb.