Paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsidnə evdən külli miqdarda pul oğurlanıb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov evlərin birindən 110.000 ABŞ dolları, 1000 avro pul, eləcə də 4000 AZN dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.