Bakının Nizami rayonunda baş vermiş ağır yol qəzasının təfərrüarları məlum olub. Bu haqda bu gün, 2 yanvar tarixində Bakuplus.az Apa.az-a istinadən xəbər verir.
"Mercedes" markalı minik avtomobilinin sürücüsü və sərnişiləri olan Goranboy rayon sakinləri - 25 yaşlı Vüqar Abdulayev, 25 yaşlı Jalə Aslanova və Samux rayon sakini 29 yaşlı Aytəkin Allahyarova bayram ilə əlaqədar Bakıya gəzməyə gəliblər.
Jalə Aslanova Vüqar Abdullayevin nişanlısı, Aytəkin Allahyarova isə onun xalası qızı olub.
Daha öncə 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi haqda məlumat vermişdik.