Dəmir yolundan oğurluq edənlər tutulublar. Bu haqda bu gün. 9 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə Qaradağ rayonu, “Qobustan” dəmir yolu stansiyası ərazisində baş verib. Kəlbəcər rayon sakini İ.Əliyev, İsmayıllı rayon sakini R.Kərimov, Ağstafa rayon sakinləri N.Hüseynov və A.Məmmədov sözügedən ərazidə 500 m rels sökərək oğurlamağa cəhd edən zaman saxlanılıblar.
Onlar barəsində araşdırmalar davam edir.