Xəzər rayonunda qumbara tapılıb. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az Fövqəlaəd Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə dəniz sahilində qeydə alınıb. Ərazidə 1 ədəd “F-1” əl qumbarası aşkarlanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Onlar qumbaranı təhlükəsiz əraziyə aparıblar. Daha sonra sahilə yenidən baxış keçirilib və hər hansı şübhəli əşya tapılmayıb.