Xəzər dənizində batma təhlükəsi ilə üzləşən şəxslər xilas ediliblər. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in əməkdaşları tərəfindən “Mərdəkan” sularda xilasetmə məntəqəsinin ərazisində xilasetmə əməliyyatları keçirilib. Əməliyyat zamanı 2 nəfər xilas olunub.