Bakının Qızılqum, Görədil və Şüvəlan çimərliklərində üç nəfər boğulmaqdan xilas edilib. Bu haqda 25 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir.
Xilasetmə əməliyyatı FHN xilasetmə məntəqəsinin əməkdaşları tərəfindən aparılıb.
Oxşar hadisə 21 iyun tarixində Mərdəkan çimərliyində baş vermişdir.