Paytaxtın Səbail rayonu Dənizkənarı Milli Parkın yaxınlığında bir nəfər batma təhlükəsi ilə üzləşib. Bu haqda bu gün, 2 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə sahildən 2 km aralıqda qeydə alınıb. FHN-nin əməkdaşları vətəndaşı xilas ediblər.