Bakıda bir nəfər dənizə düşüb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 11 aprel tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşüb.
Dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.
Dənizdə batma təhlükəsində olan vətəndaş dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən xilas edilib.
Məlumata əsasən, 55-60 yaşlarında olan kişinin sərxoş olduğu bildirilir.