Ötən gün Bilgəhdə batdığı ehtimal olunan uşağın axtarışları davam edir. Axtarış işlərinə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri də cəlb olunub.
09:54 - “Daçniki” çimərliyində uşaq batıb
Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində dənizdə olan yeniyetmə batıb. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralıda, “Daçniki” adlanan ərazidə baş verib. FHN-in dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Xəbər yenilənəcək.