Paytaxtın Səbail rayonu, “Dağüstü” parkın yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 13 dekabr tarixində Oxu.az məlumat yayıb.
Lermontov küçəsində hər iki istiqamətdə hərəkət edən “BMW” markalı nəqliyyat vasitələri toqquşublar.
Nəticədə 3 nəfər xəsarət alıb. Hadisə yerinə Təcili Tibbi Yardım cəlb olunub.
Avtomobil yolunda hərəkət bərpa olunub.