Paytaxtın Nərimanov rayonunda 8 nəfər narkokuryer saxlanılıb. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən məlumat verir.
Şübhəli şəxslərin üzərindən külli miqdarda heroin, metamfetamin, eləcə də elektron tərəzilər aşkarlanıb.
Onlar xarici ölkənin vətəndaşı ilə əlaqə saxlayaraq, paytaxt ərazisində əvvəlcədən təyin olunmuş yerlərdən narkotik maddələri götürərək, dövriyyəsi ilə məşğul olurdular.
Bundan əvvəl, 18 yanvar tarixində paytaxtın Nəsimi rayonunda 6 nəfər narkokuryer saxlanılmışdır.