Qaradağ rayonunda gənc oğlan intihar edib.
APA-ya istinadən hadisə gecə saatlarında baş verib. Qohumların sözlərinə görə, 22 yaşlı Sənur Rzayev dostunun yas mərasiminə gedib, evə qayıdandan sonra yatmaq üçün otağına yollanıb. Gecə vaxtı valideyinləri onu həyətdəki ağacdan aslı vəziyyətdə tapıblar. Hansı səbəbdən intihar etməsi hələ məlum deyil.
Faktla bağlı araşdırma davam edir.