Paytaxtda ogurluq hadisəsi baş verib.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb. Belə ki, bir evin həyətindən 520 manat dəyərində elektrik naqili və tikinti alətləri oğurlanıb.
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş H.Hüseynzadə saxlanılıb.
Ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.