Bakıda gəlinini qətlə yetirən şəxsə hökm oxunub. Bu haqda bu gün, 20 oktyabr tarixində Report məlumat yayıb.
İ.Məhərrəmov məhkəmənin qərarı ilə 18 il müddətində azadlıqdan məhrum edilib.
27 yanvar 2021-ci il tarixində paytaxtın Nəsimi rayonu 3-cü mikrorayon ərazisində zibil yeşiyindən parçalara bölünmüş qadın meyiti aşkarlanmışdır.
Araşdırma zamanı 74 yaşlı İ.Məhərrəmov ailə mübahisəsi zəminində gəlini - 32 yaşlı Banı Məhərrəmovanın başından çəkiclə vuraraq qətlə yetirib, daha sonra isə cəsədi hissələrə bölərək torbalara yığıb küçədəki zibil yeşiyinə atmışdır.