Bakının Suraxanı rayonu, Günəşli qəsəbəsində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən ərazidə yolu keçən 18 yaşlı İrfan Hüseynlini avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.