Bakının Xətai rayonu, Köhnə Günəşli yaşayış massivində yerləşən binada yanğın olub. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az məlumat verir.
Hadisə ötən gün axşam saatlarında baş verib. Güclü külək nəticəsində elektrik xətləri qopub və qısaqapanmadan yaşayış binasının birinci mərtəbəsində yanğın başlayıb.
Ərazidə olan minik avtomobilləri ətrafda olan vətəndaşların köməkliyi ilə köçürülüb, sakinlər təxliyə olunublar. Hadisə yerinə cəlb olunan FHN-in yanğınsöndürənləri alışmanın qarşısını alıblar. Hadisə zamanı xəsarət alan olmayıb.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/11/sequence-04_5.mp4"][/video]