Suraxanı rayonunda bir nəfər hündürlükdən yıxılıb. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Günəşli qəsəbəsində baş verib. 53 yaşlı Roma Qarayev çökək əraziyə yıxılaraq müxtəlif bədən xəsarətləri alıb və hərəkət edə bilməyib. Hadisə yerinə FHN-in əməkaşları cəlb olunublar. Onlar yaralı kişini ərazidən çıxarmağı bacarıblar.
Daha sonra yaralı Təcili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.