Suraxanı rayonunda oğruda narkotik və silah aşkarlanıb. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Günəşli qəsəbəsində baş verib. Bakı şəhər sakini Dünyaəli Pirverdiyev qəsəbədə yerləşən bazardan bir nəfərin 200 AZN dəyərində məhsulunu oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Bu zaman onun üzərində heroin və lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunub.
Faktla bağlı araşdırmalar davam edir.