Bakının Xətai rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 13 avqust tarixində Bakuplus.az Baku.ws-ya istinadən xəbər verir.
Hadisə “Gənclik” parkın yaxınlığında qeydə alınıb. “Volkswagen” markalı avtomobil “KİA” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib. Xəsarət alan olmayıb.