Paytaxtın Binəqədi rayonu, Hökməli qəsəbəsində avtomobil oğurlanıb. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qəsəbə sakini İ.Hümbətova məxsus “Ford” markalı avtomobil qaçırılıb. Aparılan axtarışlar zamanı nəqliyyat vasitəsi Şirvan şəhəri ərazisində tapılıb. Şübhəli şəxs Yevlax rayon sakini Məmməd Bəkirov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.