Bakının Yasamal rayonu, Hüseyn Cavid prospektində piyada vurulub. Bu haqda bu gün, 13 fevral APA məlumat verir.
29 yaşlı Həbibə Sadıqova yolu keçərkən onu minik avtomobili vurub. O, ağır bədən xəsarətlər alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qəzanı törədən sürücüdən izahat alınıb, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.