Yenilənib:
"Qafqafzinfo"-nun verdiyi məlumata əsasən, faciəvi hadisədə ölənlərin adları açıqlanıb. Onlar 59 yaşlı Səkinə Rəsulova, 39 yaşlı Samirə Cavadova və 3 yaşlı Məryəm Hüseynova olublar.
09:42 - Hövsanda yol qəzası baş verib
Suraxanı rayonunda yol qəzası zamanı 3 nəfər ölüb. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Hövsan qəsəbəsində, şosenin Qum adası istiqamətində olan hissəsində baş verib.
“Nissan” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman 3 nəfər piyada qəfil yola çıxıb. Nəticədə ana, 3 yaşlı uşaq və nənəsi hadisə yerində dünyasını dəyişiblər.
Sakinlər qəzanın əsas səbəbi kimi ərazidə işıqlandırılma sisteminin olmamasını göstəriblər.
Faktla bağlı cinayət işi başlanılıb.