Suraxanı rayonunda xala bacısı qızlarını döyüb. Bu haqda 5 yanvar tarixində APA məlumat verib.
Hövsan qəsəbəsində 29 yaşlı G.Qasımova və 31 yaşlı N.Ağayeva xalaları, 55 yaşlı Xanım Ağayeva tərəfindən döyülüblər. Hər iki zərərçəkən bədənin və üzün müxtəlif nahiyələrinin cırılmış və əzilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.