Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 21 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakini N.Məmmədov adıçəkilən qəsəbə ərazisində yerləşən evlərin birindən 500 AZN dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aprılır.