Bakının Suraxanı rayonunda asfaltlanma işləri aparılır. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Aparılan abadlıq-quruculuq işləri çərçivəsində Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozunda yeni asfalt örtüyü vurulur. Təmir işləri 3210 kv.m ərazini əhətə edir.
Həmçinin rayonun digər qəsəbələrində təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.
[caption id="attachment_128862" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]