Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi yaxınlığında dənizdə bir nəfər bataraq ölüb. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 metr aralıda, nəzarətsiz ərazidə baş verib.
Ölən şəxsin 40 yaşlı Rusiya vətəndaşı Camal İbrahimov olduğu məlum olub. Kişinin meyiti xilasedicilər tərəfindən sudan çıxarılaraq morqa təhvil verilib.